Bank Of Baku

Ağdamda 55 yaşlı kişini ilan sancıb

Ağdamda 55 yaşlı kişini ilan sancıb
# 11 sentyabr 2024 14:31 (UTC +04:00)

Ağdamda 55 yaşlı kişini ilan sancıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Həsənxanlı kəndi ərazisində baş verib. Kənd sakini 1969-cu il təvəllüdlü Əbdürrəhimov Səfər Sərdar oğlunu kənd ərazisində əkin sahəsində soğan yığarkən ayağından ilan sancıb.

Səfər Əbdürrəhimov Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ona zərdab vurulub. Vəziyyətinin stabil olduğu deyilir.

S.Əbdürrəhimov Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR