Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən sürücü həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan Eldəniz Məmmədov saxlanılıb. Həmin şəxs saxlanıldıqdan sonra RPŞ-yə gətirilib, onun sürücülük vəsiqəsinin də olmadığı müəyyən edilib. İdarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.
E.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs edilib
Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib
26 aprel 2022 11:48 (UTC +04:00)
Hadisə
Kürdəxanıda evin qanunsuz tikilən mansardı sökülüb - VİDEO
09:39
2 may 2024
Şamaxıda restoranda asılmış kişi meyiti tapılıb
09:05
2 may 2024
Bakıda yanğın olub, bir nəfər ölüb
08:58
2 may 2024
Balakəndə narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə 26 sürücü məsuliyyətə cəlb olunub - FOTO
08:19
2 may 2024