Ağdamda yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, iyulun 7-də Ağdam rayonunun Təzəkənd kəndi ərazisində baş vermiş yol qəzasında ağır xəsarət alan rayon sakini Rövşən Aslanov xəstəxanada həyatını itirib.
Ağır kəllə-beyin travması alan Rövşən Aslanov Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
***
23:05
Ağdamda yol qəzası baş verib, hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə Bərdə-Ağdam yolunun Ağdam rayon Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağdam istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, Ağdam rayon Güllücə kənd sakini, 1988-ci təvəllüdlü Rövşən Aslanov müxtəlif növ bədən xəsarətləri alıb.
Yaralı Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon mərkəzi xəstəxanasına göndərilib.
Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma başladılıb.