Bank Of Baku

Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB

Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB
# 06 sentyabr 2026 10:07 (UTC +04:00)

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

Qeyd edilib ki, Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Sarıyev Elmdar xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

***

saat 00.04

Ağdam rayonunda mina hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Əkin işləri aparan traktor minaya düşüb. Partlayış nəticəsində texnikaya ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR