Ağdaşda yol qəzasında ölən şəxslərin bacı olduqları məlum olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə oktyabrın 7-də Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verib.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən - 1976-cı il təvəllüdlü Sədaqət Ramazanova və onun bacısı 1978-ci il təvəllüdlü Elnarə Soltanovanı vurub. Onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Onlar həkim qəbuluna gedirmişlər.
Astara rayonunun Giləkəran kənd sakinləri olan bacılar doğulduqları kənddə dəfn olunublar.
İlkin Rzayev
***
19.47
Ağdaşda avtomobil iki piyadanı vuraraq öldürüb.
APA-nin Şirvan bürosu xəbər verir ki, oktyabrın 7-də saat 06 radələrində Bakı- Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Zabit Rəsulov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadalar; 49 yaşlı Sədaqət Ramazanova və 47 yaşlı Elnarə Sultanovanı vurub.
Xəsarət alan şəxslər hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.