Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Ağdaşda rayon sakini Nurani Eyyubovun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Raqif Xudiyevin idarə etdiyi “Opel” markal avtomobil toqquşub.
Hadisə nəticəsində “Opel”in sürücüsü və sərnişinləri, Ağdaş şəhər sakinləri -1963-cü il təvəllüdlü Rəhman Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.