Xırdalan şəhərində yaşlı kişi bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Xırdalan şəhər Heydər Əliyev prospektində yerləşən mənzillərin birində baş verib.
1959-cu il təvəllüdlü Ağstafa rayon sakini Müzəffər Həmid oğlu Qurbanov oğluna məxsus mənzildən çıxarkən naməlum şəraitdə bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.