Bank Of Baku

Ağstafada dəmir yolu xəttinin yaxınlığında meyit aşkarlanıb - YENİLƏNİB

Ağstafada dəmir yolu xəttinin yaxınlığında meyit aşkarlanıb - YENİLƏNİB
# 04 aprel 2023 20:32 (UTC +04:00)

4 aprel 2023-cü il tarixində saat 18:20-də Ağstafa rayonu Tatlı stansiyasının dəmir yolu xəttinin yaxınlığında 2009-cu il təvəllüdlü Ağstafa rayonunun Köçəsgər kənd sakini Bayramov Elşən Elşad oğlunun meyidi aşkar olunub.

Bu barədə APA-ya Azərbaycan Dövlət Dəmir Yollarından bildirilib.

Hadisə barədə hüquq mühafizə orqanları dərhal məlumatlandırılıb və aidiyyəti üzrə araşdırma aparılır.

***

19.41

Ağstafada bədbəxt hadisə baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən xəbərə görə, hadisə bu gün basş verib.

"Gəncə Dəmiryolu Xətt Polis Şöbəsinin Ağstafa Xətt Polis Bölməsinə bir nəfərin qatar vurması barədə məlumat daxil olub. Dərhal Gəncə Xətt Polis Şöbəsinin və Ağstafa Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində yük qatarının Ağstafa rayon sakini 2009-cu il təvəllüdlü Elşən Bayramovu vuraraq öldürməsi məlum olub. Hazırda Rayon prokurorluğunda hadisənin baş vermə səbəbləri araşdırılır", - açıqlamada deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR