Bank Of Baku

Ağstafada iki maşın toqquşub, altı nəfər xəsarət alıb

Ağstafada iki maşın toqquşub, altı nəfər xəsarət alıb
# 16 iyun 2023 15:59 (UTC +04:00)

Ağstafada yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsi ərazisində qeydə alınıb. “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri - 28 yaşlı Məcid Rzayev, 27 yaşlı Azər Bayramov, 40 yaşlı Ramin Hacıyev, 65 yaşlı Şahin Qasımov, 31 yaşlı İlkin Abdullayev və 39 yaşlı Sübhan Vəliyev xəsarət alıb. Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR