Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Xəsarət alanlar 1988-ci il təvəllüdlü Ə. Məmmədova, 1984-cü ol təvəllüdlü G. Qarayeva, 1983-cü il təvəllüdlü N. Muğanova, 1988-ci il təvəllüdlü L. Cəlilova və 1984-cü il təvəllüdlü R. Əliyevdir.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, noyabrın 12-də saat 23:00 radələrində Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbiilə xəsarət alan 5 nəfər (1-i kişi, 4-ü qadın olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
4 nəfər ixtisaslı tibbi yardımın göstərilməsi üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Pasiyentlərdən 1988-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti orta ağır olduğundan müalicəsi Reanimasiyya şöbəsində davam etdirilir.
Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 4 nəfər pasiyentin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.