Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin musiqi müəllimi işdə ölüb.
APA xəbər verir ki, 1984-cü il təvəllüdlü Günel Hüseynova işdə olarkən qəfil səhhəti pisləşib.
O, xəsətxanaya çatdırılsa da, onuin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağstafa rayonundan çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Ağstafa təcili tibbi yardım briqadası tərəfindən 1984-cü il təvəllüdlü (qadın) şəxsə tibbi xidmət göstərilib və aqonal vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan şəxsə göstərilən reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:05-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb.