Bank Of Baku

Ağstafada qəza olub, ölən var - YENİLƏNİB

Ağstafada qəza olub, ölən var - YENİLƏNİB
# 15 iyun 2023 21:42 (UTC +04:00)

İyun ayının 15-də Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Ağstafa rayon sakini Vilayət Nəbiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Bakı istiqamətində hərəkətdə olan zaman yolun kənarında dayanmış Kamal Əsədova məxsus VAZ-2172 (Lada Priora) markalı avtomobil ilə toqquşub. Toqquşmadan əvvəl sərnişin, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov avtomobildən düşmək istəyib və bu zaman o, iki avtomobilin arasında qalaraq xəsarət alıb və aparıldığı Ağstafa rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

21.25

Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Qəza nəticəsində 1999-cu il təvəllüdlü Hidayət Hüseynov hadisə yerində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR