Ağstafada yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Yol nəqliyyat hadisəsi zamanı 3 nəfər - 1975-ci il təvəllüdlü Gülnarə Hüseynova, 1983-cü il təvəllüdlü Nuranə Qasımova, 2003-cü il təvəllüdlü Sənan Qasımlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.