Bank Of Baku

Ağstafada qohumunu bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Ağstafada qohumunu bıçaqlayan şəxs tutulub  - YENİLƏNİB
# 30 avqust 2024 23:45 (UTC +04:00)

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.

Bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib.

Onun sözlərinə görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qohumu Fərid Hüseynov saxlanılıb.

Qeyd edək ki, hər iki şəxs yaxın qohumdur.


***
23:30



Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda fəaliyyət göstərən marketlərin birinin yaxınlığında qeydə alınıb.

1994-cü il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə Ağstafa xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan Qazaxda yerləşən xəstəxanaya aparılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR