Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.