Bank Of Baku

Ağsuda avtmobil qəzası nəticəsində 1 nəfər ölüb

Ağsuda avtmobil qəzası nəticəsində 1 nəfər ölüb
# 08 sentyabr 2025 09:27 (UTC +04:00)

Ağsuda ağır avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün səhər saat 07 radələrində Şamaxı -Padarçöl yolunun Ağsu rayonunun Navahı kəndi ərazisindən keçən hissəsindən “VAZ-2106” və “Shacman” markalı yük avtomobili toqquşub.

Nəticədə “VAZ-2106”-da olan 1965-ci il təvəllüdlü Sadıqov İsa Mirələm oğlu hadisə yerində ölüb, oğlu 1992-ci il təvəllüdlü Sadıqov Bəhlul isə yaralanıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR