Bank Of Baku

Ağsuda yanğıntörətmə faktının üstü açılıb - FOTO

Ağsuda yanğıntörətmə faktının üstü açılıb - FOTO
# 16 avqust 2023 14:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Nuran kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 5 ha ərazidə biçilmiş taxıl sahəsi, 2 ha ərazidə isə quru ot və kol-kos yanıb, xəsarət alan olmayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilən zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayon, Zərqəva kənd sakini 1973-cü il təvəllüdlü Məmmədov Bəhlul Fəyyaz oğlu tərəfindən törədildiyi müəyyən edilib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR