Ağsudakı yol qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Ağsudakı yol qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB
# 09 noyabr 2023 19:22 (UTC +04:00)

Ağsuda baş verən ağır qəzada xəsarət alanların kimliyi məlum olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, bunlar Ağsu sakinləri, “VAZ 2107”nin sürücüsü 32 yaşlı Abdıyev Malik Səlim oğlu və hər iki maşının sərnişinləri 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, sürücünün 7 yaşlı qızı Abdıyeva Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızıdır.

***

18:28

Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən, “VAZ 2107” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir. Qəza ilə bağlı əlavə məlumat veriləcək.

Baş vermiş hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR