Ali Məhkəmə "Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovla bağlı qərar verib

Rasim Məmmədov

© APA | Rasim Məmmədov

# 08 oktyabr 2024 11:11 (UTC +04:00)

"Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun barəsində olan hökmlə bağlı verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə məhkəmənin baxış iclası olub. Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, R. Məmmədov şikayət ərizəsində Ali Məhkəmədən barəsində bəraət qərarı çıxarılmasını istəyib.

Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsi onun barəsində olan həbs cəzasının müddətini 3 ay azaldıb. Hökmün əmlaklarla bağlı hissəsi dəyişdirilmədən saxlanılıb.

Ali Məhkəmə əmlaklarla bağlı şikayəti təmin etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR