Bank Of Baku

Astarada 66 yaşlı kişi kəsici alətlə qətlə yetirilib

Astarada 66 yaşlı kişi kəsici alətlə qətlə yetirilib
# 17 avqust 2025 20:24 (UTC +04:00)

Astarada qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Suparibağ kəndində qeydə alınıb.

Belə ki, avqustun 17-də saat 20:00 radələrində Astara rayonunun Suparibağ kəndinin ərazisində 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Şəxsi münasibətlər zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR