Bank Of Baku

Astarada çəllək kəsilərkən partlayış olub, usta ölüb - FOTO

Astarada çəllək kəsilərkən partlayış olub, usta ölüb - FOTO
# 18 iyun 2023 15:59 (UTC +04:00)

Astarada ani ehtiyatsızlıq ustanın ölümünə səbəb olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Pensər kəndində, tikinti materialları satışı obyektində baş verib.

Ərçivan qəsəbə sakini 1961-ci il təvəllüdlü Zeynalov Firudin Sübhan oğlu laqonda (elektrikli kəsici alət) ilə çəllək kəsərkən anidən partlayış olub. Laqonda aparatı ustanın əlindən çıxaraq, sifətini kəsib. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya baş - sifət nahiyəsinin dərin kəsilmiş - didilmiş yarası diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

İlkin ehtimala görə, ustanın kəsdiyi çəlləyin içərisində kimyəvi maddə və ya məhlulun qalıqları olub.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR