Astara rayonunda evinin damında təmir işləri aparan 74 yaşlı kişi yıxılaraq ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Miki kəndində baş verib.
Məlumata görə, 1952-ci il təvəllüdlü Abid Şəfəqqətov yaşadığı evin damında təmir işləri aparan zaman yıxılması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.