Astarada yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb.
Astara sakini 1992-ci il təvəllüdlü Cəsarət Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi, rayon sakini 1965-ci il təvəllüdlü Kamran Məmmədovun idarə etdiyi "Mercedes-190" markalı maşınla toqquşub.
Qəza nəticəsində K.Məmmədov hadisə yerində ölüb. "Niva"nın sürücüsü və maşında olan Astara sakini 1991-ci il təvəllüdlü Fail Qüdrətov xəsarətlə Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Müayinədən sonra onlar Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyə edilib.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində Astata rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrin çoxsaylı travması diaqnozları təyin olunub. Hazırda pasiyentlərin müalicələri tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.