Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş yerində bədbəxt hadisə nəticəsində vəfat edib.
Şirkətin əməkdaşlarının APA-ya verdiyi məlumata görə, ATV-də sürücülərin koordinatoru olan Məmmədov Mustafa Məmmədiyyə oğlu iş vaxtı yemək yediyi zaman nəfəs borusuna qida düşməsi nəticəsində vəfat edib.
Şirkətin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli APA-ya açıqlamasında bildirib ki, telekanalın Nəqliyyat şöbəsinin müdiri Mustafa Məmmədov bu gün iş yerində dünyasını dəyişib:
"Təcili tibbi yardım çağırılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib. Hüquq-mühafizə orqanları gəlib. ATV kanalının bütün kollektivi adından ailəsinə və yaxınlarına baş sağlığı veririk".