Babək rayonunun Zeynəddin kəndində piyadanı avtomobil vurub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, avtomobil Zeynəddin kənd sakini, 1939-cu il təvəllüdlü Almaz Məmmədovanı vurub və hadisə yerindən qaçıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən "QAZ 24-10" markalı avtomobilin sürücüsü Z.Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Xəsarət alan A.Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdirilib, vəziyyəti orta-ağırdır.