Şamaxıda rayon sakini Kamil Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobil motosikletlə toqquşub.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində motosiklet sürücüsü Şamaxı rayon sakini 1977-ci il təvəllüdlü Abdullayev Zaur Əlipaşa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İlham Əhmədov