Bank Of Baku

Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 191 mina, 1661 PHS aşkarlanıb
# 13 aprel 2026 11:44 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (06.04.2026 – 12.04.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 144 piyada əleyhinə mina, 47 tank əleyhinə mina, 1661 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 052.05 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR