Bank Of Baku

Azad edilmiş ərazilərdə daha 237 mina, 7 421 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 237 mina, 7 421 PHS aşkarlanıb
# 04 noyabr 2024 14:45 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (28.10.2024 - 03.11.2024) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 164 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 7421 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 270,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR