Bank Of Baku

Azad edilmiş ərazilərdə daha 392 mina, 3207 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 392 mina, 3207 PHS aşkarlanıb
# 17 noyabr 2025 12:31 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (01.11.2025-16.11.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 265 piyada əleyhinə mina, 127 tank əleyhinə mina, 3207 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2894.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR