Bank Of Baku

Azərbaycan FHN-in amfibiya təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir - VİDEO

Azərbaycan FHN-in amfibiya təyyarəsi Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir - VİDEO
# 19 avqust 2024 08:38 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, ötən gün ərzində Muğla-Ula istiqamətində fəaliyyət göstərmiş təyyarə 12 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə meşədəki yanğın ocaqlarına ümumilikdə 114 ton su töküb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR