Bank Of Baku

Azərbaycanda narkotik dövriyyəsində şübhəli bilinən İran vətəndaşları saxlanılıb

Azərbaycanda narkotik dövriyyəsində şübhəli bilinən İran vətəndaşları saxlanılıb
# 10 dekabr 2022 10:50 (UTC +04:00)

Azərbaycanda narkotik dövriyyəsində şübhəli bilinən iranlılar saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən APA-ya məlumata görə, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar. Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR