Bank Of Baku

Azərbaycanda zəlzələ ilə bağlı dağıntı və tələfat yoxdur

Azərbaycanda zəlzələ ilə bağlı dağıntı və tələfat yoxdur
# 04 iyul 2023 00:47 (UTC +04:00)

İlkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Qeyd edək ki, iyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR