Bank Of Baku

Azərbaycandan Rusiyaya ekstradisiya edilən bloger Sankt-Peterburqa aparılıb

Azərbaycandan Rusiyaya ekstradisiya edilən bloger Sankt-Peterburqa aparılıb
# 22 dekabr 2023 11:01 (UTC +04:00)

Azərbaycandan Rusiyaya ekstradisiya edilən bloger Tural Məmmədov Dağıstandan Sankt-Peterburqa aparılıb.

APA “Sputnik”ə istinadən xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci bəndi (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə törədilən xuliqanlıq), həmçinin, 282-ci maddə (informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) ilə ittiham olunur.

O, noyabrda Azərbaycandan Rusiyaya təhvil verilib.

Ümumilikdə, həmin cinayət işləri üzrə 15 təqsirləndirilən şəxs var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR