Bank Of Baku

Azərbaycanın Ukraynadakı səfirliyində təhlükəsizlik tədbirləri aparılıb, ərazi nəzarətə götürülüb - FOTOLAR

Azərbaycanın Ukraynadakı səfirliyində təhlükəsizlik tədbirləri aparılıb, ərazi nəzarətə götürülüb - FOTOLAR
# 14 noyabr 2025 23:29 (UTC +04:00)

Azərbaycanın Ukraynadakı səfirliyinin raket hücumuna məruz qalması ilə bağlı yeni detallar ortaya çıxıb.

APA-nın məlumatına görə, hadisə nəticəsində ölən və yaralanan olmasa da, partlayışın gücü səfirliyin yerləşdiyi ərazidə ciddi dağıntıya səbəb olub.

Raket səfirliyin hasarına dəyib, 5-dən çox avtomobil zədələnib, o cümlədən bir BMW markalı maşın ciddi zərər görüb.

Hadisədən dərhal sonra səfirliyin əməkdaşları gecə saatlarına qədər çalışaraq binanın sınmış pəncərələrini dəyişdirib və ərazidə təmizlik işləri aparıblar.

Ukraynanın hüquq-mühafizə orqanları – polis və Təhlükəsizlik Xidməti hadisə yerinə cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb və raket qəlpələri toplanaraq ərazi nəzarətə götürülüb.

Qeyd edək ki, bu, 2022-ci ildən bəri Azərbaycanın Kiyevdəki səfirliyinə qarşı həyata keçirilən ikinci hücumdur.

Hadisə yerində çəkiliş aparan AnewZ TV-nin əməkdaşları səfirliyin yaxınlığında yaşayan gənc cütlük – Lasik və Olena ilə danışıb. Onlar bildiriblər ki, raketin yaratdığı partlayışın gücü mənzilin bütün pəncərələrini çilik-çilik edib və evə ciddi ziyan dəyib. Cütlük yeni doğulmuş

körpələrinin təhlükəsizliyindən narahat olduqları üçün yaşayış yerlərini dəyişməyi düşündüklərini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR