Bank Of Baku

Bakı bulvarında dənizdə batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO

Bakı bulvarında dənizdə batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO
# 30 oktyabr 2025 17:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində vətəndaşların dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü Şıxəliyeva Tavat Baxşeyiş qızı və 1997-ci il təvəllüdlü Şıxəliyev Dünyamin Salam oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR