Bakı-Qazax magistral yolunda zəncirvarı qəza olub.
APA-nın xəbərinə görə, hadisə Qaradağ rayonunda, “Qaradağ” marketin qarşısında qeydə alınıb.
İlkin məlumata görə, iki yük maşını toqquşub, daha sonra digər avtomobillərə çırpılıb. Qəza nəticəsində 20-yə yaxın avtomobilə ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.