Bakı-Qazax yolunda maşın aşıb, xəsarət alanlar var - FOTO

Hacıqabulda yol qəzası

© APA | Hacıqabulda yol qəzası

# 04 may 2022 18:03 (UTC +04:00)

Hacıqabul rayonunda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan 3 nəfər Gəncə şəhər sakini - 1962-ci il təvəllüdlü Orucova Maya Aslan qızı, 1967-ci il təvəllüdlü Orucov Mübariz Cahangir oğlu və 1972-ci il təvəllüdlü Xudaverdiyev Elşən Firudun oğlu xəsarətlər alıb. Onlar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR