Bank Of Baku

Bakı-Qazax yolunda maşın qadını vuraraq öldürüb

Bakı-Qazax yolunda maşın qadını vuraraq öldürüb
# 09 yanvar 2023 14:05 (UTC +04:00)

Şəmkirdə piyadanı avtomobil vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Bakı-Qazax avtomagistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində Şəmkir rayon sakini Nəzirə Qasımovanı yolu keçmək istəyən zaman Elməddin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Məlumatla əlaqədar yol polisi dərhal hadisə yerinə gedib, müvafiq araşdırmalar həyata keçirib. Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR