Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb.
Qəza zamanı Gürcüstan vətəndaşı olan sürücü, 1956-cı il təvəllüdlü Arzu Nurməmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.