Bank Of Baku

Bakı-Qazax yolunda yük maşını aşıb - FOTO

Bakı-Qazax yolunda yük maşını aşıb - FOTO
# 28 iyul 2025 11:12 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Daşla yüklü olan “KamAZ” markalı maşın idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmayıb. Yük maşınıda olan daşlar yola tökülüb. Yolda avtomobillərin hərəkətində çətinlik yaranıb.

Yolda yaranan problemin aradan qaldırılması üçün tədbir görülür.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR