Bank Of Baku

Bakı-Qazax yolunda yük maşını yanıb - FOTO

Bakı-Qazax yolunda yük maşını yanıb - FOTO
# 07 aprel 2023 14:40 (UTC +04:00)

Goranboyda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ateko"markalı yük maşını anidən alışıb. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısı alınıb.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Məlumata görə, Goranboy rayonunun Borsunlu kəndində “Mercedes” markalı yük avtomobilinin mühərrik hissəsi, kabinəsi və banının üzərinə çəkilən tent yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR