Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı avtomobilin vurduğu piyada ölüb.
APA xəbər verir ki, hadisə yolun Zeynalabdin Tağıyev adına qəsəbədən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən piyada; 1950-ci il təvəllüdlü İslamov Rasim Şahvələd oğlunu “Toyota” markalı avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakt araşdırılır.