Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nnı şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın Siyəzənin Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik və yük maşınlarının toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, xəsarətlərinin yüngül olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.