DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən 1992-ci təvəllüdlü Sirac Ağayevə kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən şəxs müəyyən olunub.
Saxlanılması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək.
***
08:50
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Ağayev Sirac Səxavət oğlu dava zamanı sağrı və bud nahiyələrindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları araşdırır.