Bank Of Baku

Bakı sakininin ölümünə səbəb olan şəxs tutulub

Bakı sakininin ölümünə səbəb olan şəxs tutulub
# 23 dekabr 2022 10:29 (UTC +04:00)

Dekabrın 13-də Binəqədi rayonunun S.S.Axundov küçəsində Bakı şəhər sakini Cəbrayıl Qarayev yıxılaraq aldığı kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dekabrın 19-da orada ölüb.

DİN-dən APA-ya verilən məlumata görə, Binəqədi rayon Pİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun dekabrın 12-də saat 18 radələrində həmin küçədə “JAC” markalı avtomobillə vurulması müəyyən olunub. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Ələddin Bağırov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR