Bakı sakininin telefon və çantasını talayan şəxs tutulub

Bakı sakininin telefon və çantasını talayan şəxs tutulub
# 28 mart 2024 14:53 (UTC +04:00)

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

APA DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR