Paşha Bank
Bank Of Baku

Bakıda 17 yaşlı tələbə qız yataqxanada ölü tapılıb - YENİLƏNİB

Bakıda 17 yaşlı tələbə qız yataqxanada ölü tapılıb - YENİLƏNİB
# 14 noyabr 2026 22:31 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) 17 yaşlı tələbəsi yataqxanada ölü tapılıb.

TƏBİB-dən APA-ya verilən açıqlamada bildirilib ki, noyabrın 14-də saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin yataqxanasından çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

“Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər qadının həkiməqədər ölüm faktı qeydə alınıb”, – açıqlamada qeyd olunub.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


22:23

Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) 17 yaşlı tələbəsi yataqxanada ölü tapılıb.

APA-nın məlumatına görə, hadisə universitetin tələbə yataqxanasında qeydə alınıb.

İlkin məlumata əsasən, ATU-nun Müalicə-profilaktika fakültəsinin birinci kurs tələbəsi Elvira Eyyubova yaşadığı yataqxananın hamam otağında buxardan boğularaq həyatını itirib.

Onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR