Bank Of Baku

Bakıda 20 yaşlı gənci öldürən şəxsə cinayət işi açılıb

Bakıda 20 yaşlı gənci öldürən şəxsə cinayət işi açılıb
# 24 iyun 2023 07:26 (UTC +04:00)

Bakıda 20 yaşlı gənci öldürən şəxsə cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 23-ü saat 23 radələrində 2003-cü il təvəllüdlü Hikmət Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR