Bank Of Baku

Bakıda 22 yaşlı gənc özünü binadan ataraq intihar edib - YENİLƏNİB

Bakıda 22 yaşlı gənc özünü binadan ataraq intihar edib - YENİLƏNİB
# 26 avqust 2024 08:13 (UTC +04:00)

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 26.08.2024-cü il tarixində saat 00:10 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

22 yaşlı (kişi cinsli) şəxsin həkimə qədər ölümü qeydə alınıb.


***
04:14

Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 3-cü mikrorayonda yerləşən hündürmərtəbəli binada qeydə alınıb.

Özünü binadan atan şəxs hadisə yerindəcə ölüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Fakt üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR