Oktyabrın 17-də paytaxtın Səbail rayonu ərazisində 1999-cu il təvəllüdlü H.Hüseynova küt alətlə xəsarət yetirilməsi və nəticədə xəstaxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya bildirib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq polis orqanına gətirilib. İzahatı alınıb. Araşdırma davam etdirilir.
***
01.14
Bakının Səbail rayonunda dava zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Elçin Əzizov 39 ünvanında qeydə alınıb.
1999-cu il təvəllüdlü Hüseynov Həmid Natiq oğluna dava zamanı xəsarət yetirilib.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.